ABŞ-da Nigarı öldürən keçmiş sevgilisi Erikə ömrülük həbs cəzası verilib-FOTO

ABŞ-ın Minnesota ştatının Robbinsdeyl şəhərində azərbaycanlı qadını qətlə yetirən 40 yaşlı Erik Eqlston 40 il həbs cəzasına məhkum edilib.

ABŞ KİV-lərinin mətbuatının məlumatına görə, qətl 2020-ci ildə törədilib.

Erik Eqlston 29 yaşlı Nigar (“Nika”) Məmmədzadə ilə birgə vətəndaş nigahında yaşayıb. Cütlüyün bir qızı dünyaya gəlib. Lakin sonradan münasibətləri korlanıb və Nigar anası ilə yaşamağa başlayıb.

12 noyabr 2020-ci ildə işdən qayıdan qızın anası qızını qətlə yetirildiyinin şahidi olub. Qadın dərhal polisə zəng edərək qətli Eqlstonun törətməsindən şübhələndiyini bildirib. Nigarın anası ifadəsində deyib ki, qətldən əvvəlki gün  axşam qızının sevgilisinin onlarda olub.  Nigarın başqa kişi ilə münasibət qurmaq planlarına görə mübahisə edib.

Eqlston elə həmin gün axşam saat 9 radələrində dostunun evinin yaxınlığında tapılıb. O, bıçaqla özünü vuraraq intihara cəhd edib. Yaralı xəstəxanaya çatdırılıb. Yaxınlıqdakı dayanacaqda saxlanılan avtomobilə baxış keçirən polis oradan Nigarın ölümünə səbəb olan ov tüfəngini tapıb. Məlum olub ki, Məmmədzadə bu avtomobili avtosalonda icarəyə götürüb.

Minnesota Məhkəməsinin hökm qaydaları belə qətllər zamanı maksimum 306 ay cəza təyin edir. Lakin rayon prokurorluğu ağırlaşdırıcı halların cəzanın daha sərt verilməsinə səbəb olduğunu bildirib.

Nigar Məmmədzadə Bakı Dövlət Universitetinin məzunu olub. “Yapon dili” ixtisası üzrə magistr dərəcəsi alan Nigar altı dildə sərbəst danışırdı. Həmkarları məhkəməyə ifadələrində N.Məmmədzadənin mehriban,  məsuliyyətli, həyatsevər qız olduğunu deyiblər.

Əvvəlki məqalə

“Şuşada sıldırım qayaları görəndə gözümun önünə siz gəlirsiniz” –

Sonrakı məqalə

Avropa İttifaqı Rusiya qazı ilə bağlı fövqəladə iclas təyin etdi