ABŞ-ın Cənubi Dakota ştatında birmühərrikli "Pilatus PC-12" təyyarəsi qəzaya uğrayıb. "RİA Novosti"nin verdiyi məlumata görə, Çemberlen şəhərindən havaya qalxan təyyarənin göyərtəsində 9 nəfər həlak olub. Bildirilir ki, təyyarədə 12 nəfər olub. Qəzanın səbəbi barədə məlumat verilmir.