“Saxta marşrutlar heç vaxt real dəhlizləri əvəz edə bilməz. İstər İranın cənubunda, istərsə də şimalında olsun, istər Hörmüz boğazından keçən cənub marşrutu, istərsə də TRIPP (Zəngəzur) layihəsi olsun”.

Azpost.info bildirir ki, bunu İranın ali rəhbərinin müşaviri Məhəmməd Moxber yazıb.

“İranın regiondakı geosiyasi maraqları bizim qırmızı xəttimizdir və biz onların yan keçilməsinə imkan verməyəcəyik. Hörmüz boğazının timsalında bundan nəticə çıxarın”, – deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistan və ABŞ TRIPP layihəsinin fəaliyyətə başladığını elan ediblər.