ABŞ-da yay düşərgəsinə girən silahlı şəxs öldürülüb

Texas ştatının Dallas şəhəri yaxınlığında yerləşən yay düşərgəsinə daxil olmuş silahlı şəxs polis tərəfindən zərərsizləşdirilib.

Dallas polisinin verdiyi məlumata görə, ən azı 150 uşağın üzv olduğu “Dankanvill Fild Haus” yay düşərgəsinə girdikdən sonra tərksilah olmaqdan imtina edən şəxs güllələnərək öldürülüb.

Polis rəsmiləri qeyd edib ki, binada silahlı şəxsin olması barədə xəbəri aldıqdan sonra polis əməkdaşları hadisə yerinə vaxtında çata bilib. Rəsmilərin bildirdiyinə görə, zərərsizləşdirilmiş şəxs rayon xəstəxanasına yaralı vəziyyətdə çatdırılıb, lakin bir neçə saatdan sonra orada dünyasını dəyişib. Polis bildirib ki, düşərgədə olan uşaqların heç birinə zərər dəyməyib.

Əvvəlki məqalə

Avropa İttifaqında vaksin sertifikatının müddəti uzadılıb

Sonrakı məqalə

Bu il XI sinfi neçə şagird bitirir?