ABŞ-dan olan müşahidəçilər:“Seçkilər qaydalara uyğun keçirildi”

“Bu gün bir sıra məntəqədə səsvermə prosesini müşahidə etdim. Müşahidələrim zamanı heç bir insident qeydə alınmayıb”.

Bunu bu gün növbədənkənar parlament seçkilərini izləyən ABŞ-dan olan müşahidəçi Mitch Silberman mətbuat konfransında deyib. “Biz bu gün gələcəyə şahidlik edirik. Seçkilər qaydalara uyğun keçirildi”, -deyə o qeyd edib.

Digər amerikalı müşahidəçi Rafael Nektal da müşahidələr zamanı heç bir qayda pozuntusunun aşkarlanmadığını bildirib: “ABŞ və Azərbaycan arasında seçki praktikasında müəyyən fərqlər var. Azərbaycanda seçki zamanı görünməyən mürəkkəblərindən istifadə marağıma səbəb oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pakistanlı müşahidəçi:

Sonrakı məqalə

Deputatlığa namizədin vəkili seçki məntəqəsində öldü –