ABŞ Dövlət katibi Azərbaycan və Ermənistan sərhədində baş vermiş hərbi toqquşma ilə bağlı açıqlama verib.
Azpost.info bildirir ki, Dövlət katibi Mayk Pompeo atəşin dayandırılmasına çağırıb: “ABŞ Ermənistanı və Azərbaycanı dərhal sərhəddə gərginliyi azaltmağa, danışıqlar prosesini bərpa etməyə və atəşi dayandırmağa çağırır”-deyə dövlət katibi vurğulayıb.
Pompeo deyib ki, ABŞ ölümcül güc tətbiqi ilə bağlı dərin narahatlıq keçirir: “ABŞ Minsk Qrupunun həmsədrliyi ilə dialoqun bərpa olunmasına və atəşin dayandırlmasına çağırır. Həlak olanların yaxınlarına başsağılığı veririk”.