“Biz enerji təhlükəsizliyi məsələsində Aİ müttəfiqlərimizlə, regiondakı digər tərəfdaşlarla, o cümlədən Azərbaycanla çox sıx əməkdaşlıq edirik”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
“Biz bu müddət ərzində sabit qlobal enerji təchizatı görmək istəyirik. Bu, ABŞ-Aİ işçi qrupumuzun çox yaxından işlədiyi, əməkdaşlıq etdiyi bir mövzudur. Bu, bizim dünyanın bir sıra ölkələri, o cümlədən Azərbaycanla ikitərəfli şəkildə çox sıx əməkdaşlıq etdiyimiz bir sahədir”, – Ned Prays qeyd edib.