ABŞ Mərkəzi Komandanlığı İordaniya-Suriya sərhədindəki bazaya hücuma cavab olaraq Suriya və İraqdakı hədəflərə hava zərbələri endirdiyini təsdiqləyib.
Azpost.info xəbər verir ki, əməliyyat zamanı Əl-Qüds mövqeləri və İranyönlü birləşmələr də daxil olmaqla 85-dən çox hədəfə hücum edilib.
Hücumda uzaqmənzilli bombardmançılar iştirak edib və hədəflərə ümumilikdə 125 zərbə endirilib.
Hücuma səbəb İordaniya və Suriya sərhədində yerləşən bazaya zərbə endirilməsi, 3 amerikalı hərbçinin həlak olması və onlarla əsgərin yaralanması olub.
Qəzza zolağında İsrail və HƏMAS arasında silahlı qarşıdurma başlayandan bəri ABŞ-ın Suriya və İraqdakı hədəflərinə 160-dan çox hücum qeydə alınıb.
Azpost.info