“ABŞ-ın Almaniyada raket yerləşdirməsinə hərbi yolla cavab veriləcək”- RUSİYA XİN

Rusiya Almaniyada ABŞ-ın uzaqmənzilli raketlərinin yerləşdirilməsinə hərbi yolla cavab verəcək.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Pentaqonun bu cür planları hədə-qorxu elementidir və bu, gərginliyin həlqələrindən birinə çevriləcək.

“Uzaqmənzilli raketlərin yerləşdirilməsi planları sadəcə olaraq eskalasiya kursunun həlqəsidir. Bu gün NATO və ABŞ-ın Rusiya istiqamətində xəttinin demək olar ki, əsas komponenti olan hədə-qorxu elementlərindən biridir”, – Ryabkov deyib.

ABŞ 2026-cı ildə Almaniyada uzaqmənzilli silahlarını yerləşdirməyə başlamağı planlaşdırır. Vaşinqton və Berlin bəyan edib ki, digər məsələlərlə yanaşı, hipersəs raketləri də Almaniyada yerləşdiriləcək. Ağ Evin bəyanatında qeyd olunur ki, bu imkanların tətbiqi ABŞ-ın NATO-ya sadiqliyini və Avropanın inteqrasiya olunmuş qarşısının alınmasına verdiyi töhfəni nümayiş etdirəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.