ABŞ-ın ATƏT-də Daimi nümayəndəsi:"Qarabağ münaqişəsinin hərbi həlli ola bilməz"

Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həll olunmalıdır.

Bunu ABŞ-ın ATƏT-dəki Daimi nümayəndəsi Ceyms Gilmor brifinq zamanı deyib.

O bildirib ki, ATƏT Minsk qrupu bu məsələnin həlli yollarını axtarır: “Mən həm Azərbaycanın, həm də Ermənistanın səfirləri ilə görüşmüşəm, onlarla ayrı-ayrılıqda münaqişə və öz ölkələrində bu vəziyyətin necə qiymətləndirilməsi barədə danışmışam”.

D.Gilmorun sözlərinə görə, ABŞ-ın mövqeyi ondan ibarətdir ki, bu münaqişənin hərbi həlli ola bilməz:“Münaqişə yalnız diplomatik yoll həll olunmalıdır. Minsk qrupu Rusiya, ABŞ və Fransa tərəfindən təmsil olunur. Mən həmsədrlərlə əvvəllər görüşmüşəm, fikrimcə yenə görüşlərimiz olacaq. Onlar diplomatik danışıqları davam etdirənədək kəskinləşmə görməyəcəyik. Ona görə də bizim mövqeyimiz tərəflər arasında danışıqların təmin olunması üçün sabit vəziyyəti dəstəkləməkdən ibarətdir”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir