ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub.
Azpost.info xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik mənbəsi “Shafaq News”a bildirib.
Eyni zamanda binanın yaxınlığında partlayış səsləri eşidilib, onun içərisində həyəcan siqnalı səslənib.
“Bağdaddakı ABŞ səfirliyinin yaxınlığında partlayış səsləri eşidilib. İlkin məlumata görə, səfirliyin ətraf ərazisinə bir neçə raket atılıb”, – məlumatda deyilir.
Azpost.info