ABŞ Çinə qarşı yanlış siyasət yeridir və ABŞ-ın hegemonluq strategiyasına uyğun olaraq Pekini yanlış dəyərləndirir.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə Çinin xarici işlər naziri Van İ deyib.
“ABŞ-ın Çin haqqında yanlış təsəvvürü var və bunu həmişə öz hegemon məntiqinin güzgüsündə əks etdirir. Biz dinc inkişaf yoluna sadiq qalacağıq”, – Van İ bildirib.
XİN başçısı bildirib ki, Çin ABŞ deyil: “Çin hegemonluğa və zorakı hərəkətlərə əl atmır. Biz qlobal sülh və təhlükəsizlik məsələlərində ən yaxşı nəticəyə malik böyük gücə sahibik”.
Azpost.info