ABŞ-ın eks-prezidentləri Ukraynaya dəstək verdilər –FOTO

ABŞ-ın keçmiş prezidentləri Bill Klinton və Corc Buş (oğul) Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Çikaqoda Ukrayna Müqəddəs Vladimir və Olqa kilsəsini ziyarət ediblər.

Azpost.info xəbər verir ki, eks-prezidentlər kilsəyə kostyumlarına sarı-göy lent bağlayaraq, əllərində də parlaq sarı günəbaxan dəstəsi ilə daxil olublar. Bill Klinton bildirib ki, Amerika azadlıq və zülmə qarşı mübarizəsində Ukrayna xalqı ilə həmrəydir. Corc Buş da ABŞ-ın öz azadlığı və gələcəyi üçün mübarizə aparan Ukrayna xalqı ilə həmrəy olduğunu qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

 Ziya Məmmədovun şirkəti “Azərsənaye İnşaat”ı məhkəməyə verib

Sonrakı məqalə

London rus oliqarxının pul kartını bloklayıb –