“ABŞ-ın köməyi olmasa Kiyevin mövqelərini qoruması çətin olacaq” –The New York Times”

Qərb rəsmiləri və hərbi ekspertlər ABŞ-dan kömək olmasa, Ukraynanın 2024-cü ildə döyüş meydanında uğursuzluqla üzləşə biləcəyi fikrini irəli sürüblər.

Bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Ekspertlərin fikrincə, Ukrayna ordusunda silah-sursat çatışmır və hava hücumundan müdafiə sistemlərinin arsenalını doldurmadan yalnız gələn aya qədər dayana biləcək.

Qərb analitikləri güman edirlər ki, mart ayına qədər Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları həyata keçirməsi çətinləşəcək. Yayın əvvəlində Ukrayna Rusiyadan gələn hücumları dəf etməkdə problemlə üzləşə bilər. Amerikanın köməyi olmadan Kiyevin döyüş meydanında hazırkı mövqelərini qoruyub saxlaması çətin olacaq.

Əvvəlki məqalə

Netanyahu sakinlərin Rafahdan təxliyəsini planlaşdırmağı əmr edib

Sonrakı məqalə

Rusiya sərhədçilərinin İrəvan hava limanındakı özbaşınalıqları araşdırılır