Qərb rəsmiləri və hərbi ekspertlər ABŞ-dan kömək olmasa, Ukraynanın 2024-cü ildə döyüş meydanında uğursuzluqla üzləşə biləcəyi fikrini irəli sürüblər.
Bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Ekspertlərin fikrincə, Ukrayna ordusunda silah-sursat çatışmır və hava hücumundan müdafiə sistemlərinin arsenalını doldurmadan yalnız gələn aya qədər dayana biləcək.
Qərb analitikləri güman edirlər ki, mart ayına qədər Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları həyata keçirməsi çətinləşəcək. Yayın əvvəlində Ukrayna Rusiyadan gələn hücumları dəf etməkdə problemlə üzləşə bilər. Amerikanın köməyi olmadan Kiyevin döyüş meydanında hazırkı mövqelərini qoruyub saxlaması çətin olacaq.