ABŞ-ın neft ehtiyatları rekord həddə çatıb

30 İyun 2020 - 09:05

Neft məhsullarına tələbatın azalması səbəbindən ABŞ-ın kommersiya neft ehtiyatları rekord səviyyəyə – 541 milyon barelə çatıb.

Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin Energetika Məlumatları İdarəsinin məlumatında qeyd edilib.

“Son dövrdə neft məhsullarına tələbatın azalması ABŞ-dakı ticarət neft ehtiyatlarının, 19 iyunda bitən həftənin göstəricisinə əsasən, rekord həddə – 541 milyon barelə çatmasına səbəb olub”, – məlumatda belə deyilir. (APA)