ABŞ maliyyə nazirinin müşaviri Elizabet Rozenberq istefa verəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
O, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının tətbiqində, onun xaricdəki aktivlərinin dondurulmasında və Rusiya neftinə “qiymət tavanı”nın müəyyən edilməsində əsas rollardan birini oynayıb.
Sanksiyalar və maliyyə cinayətləri siyasətinə cavabdeh olan Rozenberq özəl sektora gedir.
Rozenberq 2021-ci ilin dekabrından Terrorizmin Maliyyələşdirilməsi və İqtisadi Cinayətlərlə Mübarizə üzrə Dövlət katibinin köməkçisi vəzifəsində çalışıb. O, Rusiyanın Ukraynaya hərbi hücuma başlamasına iqtisadi cavab hazırlayan ABŞ rəsmiləri qrupunda təmsil olunurdu.
Azpost.info