ABŞ-ın “Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi Cənubi Koreya və Yaponiya ilə bu ayın sonunda keçiriləcək birgə hərbi təlimlərdə iştirak etmək üçün Cənubi Koreyanın Pusan şəhərinə gəlib.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
3 ölkənin liderləri ötən ilin avqustunda keçirilən sammitdə hərbi təlimlər keçirmək barədə razılığa gəlmişdilər.
Azpost.info