ABŞ-IN YENİ PREZİDENTİ MƏLUM OLDU

07 Noyabr 2020 - 21:16

ABŞ prezident seçkilərində demokratların namizədi Co Bayden qalib gəlib.

Azpost.info bildirir ki, Bayden öz qələbəsini elan edib

Mənim üçün böyük şərəfdir ki, amerika xalqı mənə etimad göstərdi”-deyə Bayden bəyanatında deyib.

“Seçki kampaniyasından sonra artıq bütün qəzəb və kəskin ritorikanı geridə qoymaq, bir millət kimi birləşmək lazımdır”- deyə Bayden vurğulayıb.

C Bayden secici kollegiyalarının 290 səsini qazanıb.Prezident olmaq üçün 270 səs kifayətdir. ABŞ son 4 ştatda səslərin sayılması davam edirdi. Pensilvaniyada səsləri qazanan Bayden bununla 20 seçici kollegiyasının səsini alıb.