“ABŞ və Avropa İsrailə nəzarət etməsə, Tehran dünən gecənin hərəkətlərini dəfələrlə təkrarlayacaq”.
Azpost.info bildirir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib. Onun sözlərinə görə, İran İsrailin bir sıra cinayətlərinə görə öz hərəkətləri ilə qisas alır.
Baqiri bildirib ki, üç əsas aviabaza, o cümlədən Mossad, F-35-lərin yerləşdiyi Nəvatim aviabazasına, Həsən Nəsrullahın öldürülməsi üçün istifadə edilən Hatzarim aviabazasına, həmçinin tanklara və zirehli maşınlara zərbə endirilib.