ABŞ dövlət katibi Entoni Blinken İsrailə son səfəri zamanı Təl-Əviv rəsmilərinə bildirib ki, onlar Qəzza zolağında hərbi əməliyyatı Yeni ilədək başa çatdırmalıdırlar.
Azpost.info xəbər verir ki, bu barədə məlumatlı mənbələr “The Economist”ə bildiriblər
ABŞ administrasiyası həmçinin İsraildən Qəzza zolağının cənubundakı 2 milyon fələstinli qaçqını dəstəkləmək üçün daha çox işlər görməsini tələb edir.
“Axios” portalı da Vaşinqtonun Təl-Əvivə hərbi əməliyyatları mümkün qədər tez və mülki əhali arasında mümkün olan ən az itki ilə dayandırmaq çağırışlarından yazıb.
İsrail Müdafiə Qüvvələri noyabrın 24-dən qüvvədə olan müvəqqəti atəşkəs başa çatdıqdan sonra dekabrın 1-dən Qəzza zolağının şimalında hərbi əməliyyatları bərpa edib.
Azpost.info