ABŞ ordusu İordaniyadakı ABŞ bazasına basqına cavab olaraq bu həftə sonu İraq və Suriyadakı hədəflərə hücum edəcək.
Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən yazır.
Nəşrin məlumatına görə, onların hədəfləri arasında iranlı yaraqlılar və obyektlər var.
Mənbə bildirib ki, Vaşinqton Tehrana Ağ Evin eskalasiyaya yönəlmədiyini göstərmək üçün hücumları qeyri-hərbi tədbirlərlə birləşdirmək niyyətindədir.
“ABŞ administrasiyası İrana təsir etmək istəyir ki, onun dəstəklədiyi silahlılar Yaxın Şərqdə hücumları dayandırsınlar”, – nəşr qeyd edir.
Azpost.info