“ABŞ Qəzzada böhrana son qoymaq üçün İsrailə təzyiq göstərməlidir”- Fuad Oktay

Qəzzada böhranın tezliklə həllinə töhfə verə biləcək ölkələrdən biri də ABŞ-dır. Bunun üçün onlar İsrailə təzyiq göstərməlidirlər.

Azpost.info xəbər verir ki, bunu Türkiyə parlamentinin Beynəlxalq əlaqələr komissiyasının rəhbəri Fuad Oktay deyib.

“Bu müharibəni dayandıracaq tərəflərdən biri ABŞ-dır, onlar İsrailə təzyiqləri artırmalıdırlar”, – o bildirib.

Türkiyə parlamenti nümayəndə heyətinin rəhbəri kimi ABŞ-a səfər edən Oktay qeyd edib ki, Qəzzadakı vəziyyətlə bağlı Ankara ilə Vaşinqton arasında fikir ayrılıqları var. Bunlar xüsusilə tərəflərin Fələstin-İsrail münaqişəsinə hansı bucaqdan baxması ilə bağlıdır.

“35 mindən çox insanın ölümünə səbəb olan hadisələri HƏMAS paradiqmasından səsləndirmək olmaz. Fələstin məsələsi 100 ilə yaxındır ki, mövcuddur”, – Oktay bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.