ABŞ rəsmisinin qalmaqallı Asiya səfəri başlayır- Pelosi Tayvana gedəcəkmi?

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu gün səs-küylü Asiya turuna çıxacaq. Səs-küyə səbəb olan Pelosinin Asiya turu çərçivəsində Tayvana səfər etmək istəyidir.

Azpost.info xəbər verir ki, NBC News Pelosinin ardıcıl olaraq Yaponiya, Cənubi Koreya, Malayziya və Sinqapura gedəcəyini yazıb.

Spikerin marşrutu ilə tanış olan mənbənin sözlərinə görə, Tayvana səfər cədvəldə “qeyri-müəyyən” kimi göstərilib.

Nümayəndələr Palatasının üzvü Rik Larsen Çin rəsmilərinin Tayvana səfərini dayandırması ilə bağlı Pelosiyə təzyiq etdiyini bildirib. Larsenin sözlərinə görə, Çin səfirliyinin rəsmisi onun ofisinə zəng edərək Pelosini səfəri ləğv etməyə razı salmağa çağırıb.

Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefey bildirib ki, Nensi Pelosi Tayvana səfərini ləğv etməsə, Çin ordusu bu səfərin qarşısını almaq üçün tədbirlər görəcək. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian isə xəbərdarlıq edib ki, Pelosinin Tayvana mümkün səfərinə ciddi şəkildə hazırlaşırlar.

Öz növbəsində Ağ Ev də Nensi Pelosiyə Tayvana səfərin riskləri barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Pekin Tayvanı Böyük Çinin ərazisi hesab edir.

Azpost.info

Əvvəlki məqalə

AMEA Rəyasət Heyətinin təcili iclası başlanıb

Sonrakı məqalə

QMİ Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət edib