ABŞ və Polşa Rusiyanın Ukraynadakı müharibə ilə bağlı dezinformasiyalarına qarşı çıxmaq üçün Varşavada çoxmillətli qrup yaratdıqlarını elan ediblər.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
“Qrup Rusiyanın genişmiqyaslı işğalı haqqında dəqiq məlumatı təbliğ etmək və Kremlin informasiya manipulyasiyasını ifşa etmək üçün həmfikir tərəfdaş hökumətləri bir araya gətirəcək”, – məlumatda deyilir.
Amerikalı diplomat Ceyms Rubinin sözlərinə görə, qrupa ondan çox Qərb mütəxəssisi daxil olacaq. İştirak etməyə razılıq verən ölkələr arasında Ukrayna, Kanada, Finlandiya, Fransa, Almaniya, İtaliya, Latviya, Litva, Polşa, Sloveniya var.
Diplomat əlavə edib ki, kommunikasiya qrupunun işində NATO və Avropa Xarici Fəaliyyət Xidməti də iştirak edəcək.
Azpost.info