ABŞ Rusiya və Azərbaycanı sanksiyalarla təhdid edir 

20 Dekabr 2019 - 13:06

Vaşinqton İrana qarşı üçüncü ölkələr üçün tətbiq olunan sanksiyalardan istisna etmir və ABŞ tərəfinin qadağan etdiyi hər hansı bir fəaliyyət halında onları tətbiq edəcək.

TASS bildirir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk xarici mətbuat üçün brifinqdə deyib.

“Biz sanksiyalara məruz qalan hər hansı bir fəaliyyətə qarşı sanksiya tətbiq edirik. Bu bizim siyasətimizdir və bütün hallarda tətbiq olunur, istisna halları yoxdur” deyə Huk, İranla münasibətlər qurmaq istəyən bölgədəki digər ölkələrin, məsələn, Rusiya və ya Azərbaycanın ABŞ sanksiyalarından necə qaça biləcəkləri haqda suala cavab verərkən bildirib.

“Bəzi hallarda İrandan gələn fiziki və hüquqi şəxslərə qarşı birbaşa sanksiyalar tətbiq edirik. Bununla yanaşı, ikinci sanksiyalar da var” deyə vurğulayan amerikalı diplomat daha sonra əlavə edib: “Bu ilkin və ikinci dərəcəli sanksiyalar siyasəti bir müddətdir mövcuddur və biz həqiqətən də ondan heç bir istisna etmirik”. (Virtualaz.org)