ABŞ səfiri Füzuliyə səfər edəcək

ABŞ səfiri Mark Libbi Füzuliyə səfər edəcək.

“Bu gün Şuşadan başqa, mən hökumət nümayəndələri ilə görüşmək, şəhəri görmək və səfirliyin həyata keçirdiyi ingilis dili proqramlarında iştirak etmiş yerli müəllimlərlə görüşmək üçün Füzuliyə də səfər edəcəm”, – səfir bildirib.

Qeyd edək ki, bu gün səfir Libbi xanımı Danusia ilə birlikdə Şuşaya səfər edib. Bu, ABŞ səfirinin Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən 4 il sonra həmin ərazilərə ilk səfəridir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.