ABŞ səfiri: “Rusiyanın hərəkətləri Türkiyə üçün də təhlükədir”

Rusiyanın hərəkətləri təkcə Ukrayna üçün deyil, həm də Avropa, Türkiyə və beynəlxalq qaydalara əsaslanan nizam üçün təhlükədir.

Bu barədə Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfir Cefri Fleyk deyib.

O qeyd edib ki, ABŞ Avropanın birliyini, transatlantik əlaqələrin və demokratik dövlətlərin, institutların möhkəmləndirilməsində müttəfiqlərinin yanındadır.

“ABŞ və Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə qərarlıdır.

 

Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə biz Ukraynaya Rusiyanın ola biləcək təcavüzündən özünü müdafiə etmək səylərində kömək edəcəyik. Biz Türkiyənin bu böhrana diplomatik həll yolu tapmaqda qətiyyətini və səylərini, həmçinin, NATO-nun böhrana reaksiyasınına verdiyi dəstəyi alqışlayırıq”.

Səfır əlavə edib ki, ABŞ və Türkiyə NATO müttəfiqləri kimi hər zaman yan-yana olacaq, dünyanın üzləşdiyi çətin problemlərinin öhdəsindən gəlmək üçün dialoq və diplomatiya yolu ilə getməyə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya və ABŞ müdafiə nazirlərinin telefon danışığı olub

Sonrakı məqalə

2520 qərar Ali Məhkəmə tərəfindən ləğv edilib