ABŞ səfiri Şəhidlər Xiyabanına getdi-Mirzə Xəzərdən yazdı (FOTO)

ABŞ-ın Azərbaycanda səfiri Erla Litzenberqer Şəhidlər Xiyabanını ziyarət edib.

Azpost.info bildirir ki, ABŞ səfirliyinin açıqlamasına görə səfir 20 yanvar faciəsi ilə bağlı fikirlərini yazıb: Bu gün 30 il bundan əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı, telefon və radio xətləri kəsildi. Azərbaycan dünyadan təcrid edildi və 26,000 Sovet qoşunu Kremlin göstərişi ilə Bakıya daxil oldu. SSRİ öz varlığını qorumaq üçün bu cür tədbirlərə əl atdı və nəticədə rəsmi hesablamalara görə 800 nəfər vətəndaş yaralandı və 147 nəfər həlak oldu. Bu cür çətin vaxtda və Azərbaycanın informasiya blokadasında olan ağır günlərdə Azadlıq radiosunun mühüm işini də vurğulamaq istəyərdik. Radio Mirzə Xəzərin rəhbərlliyi ilə Bakıdan gündəlik xəbərlər yaymağa və Azərbaycan gerçəklərini dünyaya çatdırmağa nail olmuşdu. İnformasiya qıtlığının olduğu kritik günlərdə Azadlıq radiosu yeganə informasiya mənbəyi idi. Yerli yazarlardan biri Mirzə Xəzərin 20 Yanvar hadislərini işıqlandırmasını belə qiymətləndirmişdi: “Mirzə Xəzər – 20 yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mixail Qorbaçovun köməkçisi:

Sonrakı məqalə

Konvoy mühafizəsindən qaçmış “Qoca”nın qardaşı saxlanıldı –