ABŞ səfirliyi Dövlət katibinin köməkçisinin müavininin səfəri ilə bağlı məlumat yayıb

ABŞ səfirliyi ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun Azərbaycana səfəri ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ-ın Bakıdakı Səfirliyi Avropa və Avrasiya Məsələləri Bürosunda Dövlət katibinin müavin köməkçisi Erika Olsonu Bakıda salamlamaqdan məmnundur. Xanım Olson Bakıda olarkən Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri, səfir Litzenberger və səfirliyin əməkdaşları ilə görüşəcək, həmçinin Bakı şəhəri ilə bir az tanış olmaq şansı əldə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şuşanı azad edəcəyimizi bir neçə nəfərə demişdim” –

Sonrakı məqalə

Azərbaycan boksçusu dünya çempionu olub