Vladimir Zelenski çərşənbə axşamı ABŞ Senatının müdafiə naziri, dövlət katibi və ABŞ təhlükəsizlik xidmətlərinin digər rəhbərlərinin də iştirak edəcəyi qapalı iclasında çıxış edəcək.
Azpost.info xəbər verir ki, Ukrayna prezidentini çıxış etməyə demokratların lideri Çak Şumer dəvət edib.
“Biz bu səsvermədə nəyin təhlükə altında olduğunu birbaşa Zelenskidən eşitməliyik”, – Şumer deyib.
Çıxış videobağlantı vasitəsilə baş tutacaq.
Şumer çərşənbə günü Ukraynaya 61,4 milyard dollarlıq hərbi yardımın yer aldığı qanun layihəsi üçün ilkin səsvermə keçirməyə hazırlaşır.
Azpost.info