ABŞ Senatı Macarıstana qarşı sanksiya tətbiq etməyə çağırıb

Macarıstan hakimiyyətinin siyasəti onu NATO-nun ən etibarsız üzvü edir, ona görə də ona qarşı sanksiyalar tətbiq edilməlidir.

Azpost.info xəbər verir ki, “Bloomberg” yazır ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin deyib.

Kardin Macarıstan Baş naziri Viktor Orbanın Aİ-nin Ukraynaya 50 milyard avro dəyərində maliyyə yardımı məsələsinin müzakirəsini təxirə salmaq cəhdlərini və İsveçin NATO-ya daxil olmasına etirazlarını pisləyib.

Onun sözlərinə görə, Ağ Ev Maqnitski Aktını Orbana da tətbiq etməli və Macarıstanı ABŞ-ın vizadan azad etmə proqramından kənarlaşdırmaq barədə düşünməlidir.

Macarıstan Baş naziri mütəmadi olaraq ABŞ-ın Aİ ilə bağlı siyasətini tənqid edir, Vaşinqtonun NATO-ya həddindən artıq təsirindən danışır.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanlı ekspert insanları intim görüntüləri ilə şantaj edən dəstəni ifşa edib –

Sonrakı məqalə

ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ölkəmizdə rəy sorğusu keçirib –