Rəsmi Vaşinqton Qarabağın erməni nümayəndələrindən Azərbaycan rəsmiləri ilə neytral ölkədə görüşməyi tələb edib. Əks halda ABŞ-ın regionda antiterror əməliyyatı elan etməyə hazır olduğunu bəyan edib.
Azpost.info xəbər verir ki, bu barədə “RİA Novosti” Vaşinqtondakı diplomatik mənbəyə istinadən yazıb.
Mənbənin sözlərinə görə, ABŞ qarşı tərəfə açıq ultimatum verib: “Vaşinqton Qarabağın erməni nümayəndələrini Azərbaycan tərəfi ilə tezliklə üçüncü ölkədə görüşə razılaşmağa məcbur edir. Və hədələyir ki, onlar bundan imtina etsə, Azərbaycan regionda antiterror əməliyyatı keçirəcək”.
Diplomatik mənbə onu da qeyd edib ki, Vaşinqton görüşdə amerikalı kuratorun iştirakında israrlıdır.
Azpost.info