ABŞ Türkiyənin 18 şirkətinə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı qadağaların genişləndirilməsi çərçivəsində Türkiyədə qeydiyyatdan keçmiş 18 şirkətə sanksiya tətbiq edib.

Azpost.info bildirir ki, bu barədə nazirliyin  saytında məlumat verilir.

Şirkətlər Türkiyənin müxtəlif şəhərlərində qeydiyyatdan keçib, əksəriyyəti İstanbuldadır. Siyahıda Antalya, Konya, Ankara, Bursadan şirkətlər də var.

Siyahıya daxil olan şirkətlərin bəziləri müxtəlif təyinatlı malların idxalı və ixracı ilə məşğul olur. Şirkətlərdən ikisi dəniz gəmilərinə xidmət göstərən və ya inşa edən tərsanədir. Bir neçə şirkət müxtəlif təyinatlı sənaye avadanlığı, həmçinin sənaye obyektlərində xidmət bölmələri təqdim edir.

Siyahıya həmçinin biokimya üçün tibbi avadanlıq, kimyəvi reagentlər və materiallar təqdim edən şirkət də daxildir. Bu şirkətlərin əksəriyyəti “ikinci dərəcəli sanksiyalar riski” ifadəsi ilə siyahıya daxil edilib.

May ayında ABŞ Maliyyə Nazirliyi Türkiyədə qeydiyyatdan keçmiş 17 şirkətə qarşı sanksiya tətbiq edib. Daha sonra beynəlxalq ticarət, material və avadanlıqların, o cümlədən elektronikanın tədarükü ilə məşğul olan şirkətlər məhdudiyyətlərə məruz qaldı. Neft-qaz sektorunda, təyyarə və kosmik gəmilərə texniki xidmət və təmir sahəsində xidmət göstərən şirkətlərə qarşı da sanksiyalar tətbiq edilib.

Əvvəlki məqalə

Ağdaşda 12 narkotacir saxlanılıb

Sonrakı məqalə

Qaçış arıqlamağa kömək edirmi? –