ABŞ Ukraynadakı səfirliyini Lvova köçürür

 

Amerika Birləşmiş Ştatları Ukraynadakı səfirliyini müvəqqəti olaraq paytaxt Kiyevdən Lvova köçürmək qərarına gəlib.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yaydığı yazılı bəyanatda deyilir.

“Biz Ukraynadakı səfirliyin fəaliyyətini müvəqqəti olaraq Lvova köçürmək prosesindəyik”, – sənəddə vurğulanıb. Eyni zamanda ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bildirib ki, buna Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhəddə artan gücü səbəb olub.

Fevralın 12-də məlum olub ki, ABŞ Dövlət Departamenti ölkənin Kiyevdəki səfirliyinin təxliyəsini elan etməyi planlaşdırır. Qeyd edilib ki, ABŞ-ın ölkədə diplomatik mövcudluğunu davam etdirə bilməsi üçün məhdud sayda amerikalı diplomat Ukraynanın qərbinə, Polşa ilə sərhədə yaxın əraziyə köçürülə bilər.

Xatırladaq ki, ABŞ səfirliyi daha əvvəl ölkə vətəndaşlarına müraciət edərək Ukraynaya getməməyə çağırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir