ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əsas əleyhdarlarıdır –Makron

ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əsas əleyhdarlarıdır.

Bunu Fransa Prezidenti Emmanuel Makron alyansın 75-ci ildönümü münasibətilə keçirilən sammitindən öncə açıqlamasında deyib.

O, ABŞ və Almaniyanın Ukraynanın alyansa qoşulmağa dəvət edilməsinin şiddətlə əleyhinə olduğunu vurğulayıb.

“Nəticə etibarilə, Ukraynanın NATO-ya qoşulmağa dəvət edilməsi müttəfiqlərin qərarı olacaq”, – Fransa prezidenti deyib.

Makron NATO-nun Litvada keçirilən sonuncu sammitində Ukraynanın alyansa dəvət edilməməsinin ukraynalıların üzvlüklə bağlı ümidlərinə zərbə vurduğunu, Vaşinqton sammitinin ssenarisinin də eyni olacağı qənaətində olduğunu əlavə edib.

“Ukraynalılar qapı açıq olduğu, lakin o qədər də açıq olmadığı qənaətinə gələndə kifayət qədər əsəbiləşdilər. Məncə, Vaşinqton sammitinin ssenarisi də eynidir”, – deyə Makron deyib. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.