ABŞ və İran atəşkəs barədə razılığa gəlib. Bu barədə RİA Novosti İrandakı və Pakistandakı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, razılaşma Hörmüz boğazında sərbəst naviqasiyanı da nəzərdə tutur.
“Bu, Hörmüz boğazında sərbəst naviqasiyanı da əhatə edir”, – mənbələr bildiriblər.
Atəşkəs barədə rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir. Bundan sonra danışıqların və texniki görüşlərin keçirilməsi planlaşdırılır.