Abşeron icra hakimiyyətində xüsusi əməliyyat keçirilir –

Saxlanılanlar var
22 İyun 2020 - 12:04

Hüquq- mühafizə orqanları Abşeron rayon icra hakimiyyətində xüsusi əməliyyat keçirir.

Azpost.info haqqın.az-a istinadən bildirir ki, antikorrupsiya əməliyyatı zamanı icra başçısı İradə Gülməmmədovanın bütün müavinləri saxlanılıb.

Son məlumata görə, icra hakimiyyətində əməliyyatı Baş Prokurorluğun korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları aparır.