Abşeronda polis ehtiyatsızlıqdan tapança ilə özünü öldürüb

Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Xəbərə görə, polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Əvvəlki məqalə

DİN yanında İctimai Şuranın toplantısı keçirilib

Sonrakı məqalə

“Ukraynaya silah tədarükü ABŞ-la birbaşa toqquşmaya gətirə bilər” –