Abxaziya lideri Aslan Bjaniya qaçıb.
Azpost.info xəbər verir ki, bu barədə müxalifət liderlərindən biri, Abxaziya qəhrəmanı Levan Mika bildirib.
“D News Abkhazia” Telegram kanalının məlumatına görə, Abxaziya başçısının harada olduğu hələlik məlum deyil.
“Hara, hansı istiqamətə getdiyini deyə biləcək insanları tapa bilmirik”, – Mika qeyd dib.
Levan Mikanın sözlərinə görə, böyük ehtimalla Bjaniya Bomboranın Rusiya hissəsində yerləşə bilər. Onun doğulduğu Tamış kəndinə getdiyi barədə də məlumat var. Müxalifətçinin sözlərinə görə, bu fakta görə iqtidarla müxalifət arasında danışıqlar dayandırılıb.
Mika əlavə edib ki, Aslan Bjaniya əlaqə saxlamasa, ölkə parlamenti onun istefası məsələsi ilə məşğul olacaq.
Daha əvvəl Abxaziya lideri Suxumun mərkəzində hökumət binaları kompleksini bürümüş iğtişaşlar fonunda istefa verməkdən imtina edib.
Azpost.info