AÇG və “Şahdəniz”dən indiyədək 610 mln. tondan çox neft ixrac edilib

Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 aprel 2023-cü il tarixinədək 613 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 572 mln. ton neft, “Şahdəniz”dən isə 41 mln. ton kondensat çıxarılıb.

“Bundan 611 mln. tonu 01 aprel 2023-cü il tarixinədək ixraca nəql edilib”, – məlumatda qeyd olunur.

Qeyd edək ki, 2023-cü ilin 1-ci rübü üzrə ölkədə 7,7 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 4,7 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 mln. ton təşkil edib.

Əvvəlki məqalə

Rusiyada əməkçi miqrantların işi çətinləşir

Sonrakı məqalə

“Teatrda rollar əmioğlu, dayıoğlu prinsipi ilə verilməməlidir”