“Ad çəkməyə haqqım yoxdur, amma bizə müxtəlif kanallarla siqnallar göndəriblər”- LAVROV

Qərb ölkələrinin yüksək rütbəli nümayəndələri Kiyevin iştirakı olmadan münaqişəni müzakirə etməyəcəyinə dair vədlərə baxmayaraq, Ukrayna məsələsində Moskva ilə şəxsi əlaqələr qurmağa çalışırlar.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Mənim ad çəkməyə haqqım yoxdur, amma Qərb ölkələrinin bir sıra yüksək, çox məşhur liderləri var. O cümlədən çox tanınmış Qərb ölkəsinin konkret lideri bir neçə dəfə müxtəlif kanallar vasitəsilə siqnallar göndərərək deyirdi ki, niyə biz Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı nə edəcəyimizi müzakirə etmirik”, – nazir bildirib.

Azpost.info

Əvvəlki məqalə

Koreya Azərbaycanda mal-qaraya nəzarət kameraları quraşdırıb

Sonrakı məqalə

8 Noyabr prospektinin bir hissəsində təmir işləri aparılır