Ağdərə istiqamətində döyüşlərdə düşmənin 5-ci dağatıcı alayının şəxsi heyət məhv edilib –

RƏSMİ
04 Noyabr 2020 - 14:08

Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyət arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.