Ağdam Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə olub –YENİLƏNİB

Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş verən zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 nəfər yüngül dərəcədə zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

**

Ağdam Mərkəzi Rayon Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

Kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində – Poliklinika şöbəsində dezinfeksiya işlərinin aparılması olub. İlkin məlumata görə, Poliklinika şöbəsində çalışan 10 nəfər dezinfeksiya tədbirləri zamanı istifadə olunan maddədən zəhərlənib. Onlar hazırda xəstəxanada müalicə ollunur.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşlarının xəstəxanaya gəldikləri, araşdırma apardıqları bildirilir.(APA)

Əvvəlki məqalə

TikTokda hərbi polis kimi tanınan “Gülər”in evində axtarış aparıldı –

Sonrakı məqalə

Putin İsrail prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib