Ağdamda adamlar, Füzulidə traktor minaya düşüb

Xəbər verildiyi kimi, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfərin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, araşdırma zamanı daha bir şəxsin- 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin xəsarət alanların olmaması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

Putin Krımın mühafizəsinin gücləndirilməsi barədə fərman imzaladı

Sonrakı məqalə

Bakıda yaşayış binasında partlayış olub –