Ağdamda ata, üç oğlu və nəvəsi minaya düşüb –YENİLƏNİB

Ağdamda bir ailənin 5 üzvünün minaya düşməsi ilə bağlı hadisənin bəzi təfərrüatları məlum olub.

Ümumilikdə 6 nəfər minaya düşüb. Minaya düşən şəxslər Hüseynov Akif Muxtar oğlu, onun övladları – Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Akif oğlu və nəvəsi Hüseynov Hüseyn Razi oğlu, onların tanışları, Laçın rayon sakini Abdullayev Bəhruz Nadir oğludur.

Məlumata görə, onlardan biri yüngül xəsarət aldığı üçün ilkin müayinədən sonra evə buraxılıb, ikisi Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Digərlərinin səhhəti barədə hələlik məlumat yoxdur. 

***

18.30

Ağdamda minaya düşən ailə üzvlərinin adları məlum olub.

Onlar rayon sakinləri – Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Akif oğludur.

Hadisə zamanı Akif Hüseynovun nəvəsi Razi Nadir oğlu Hüseynov da onların yanında olub. O, yüngül xəsarət aıb. 

***

saat 18:14

Ağdamda mülki şəxslər minaya düşüb.

Hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Ata üç oğlu ilə birgə minaya düşüb. İlkin məlumata görə, əvvəl onlardan ikisi minaya düşüb. Yaralıları ərazidən çıxarmaq istəyərkən digər iki nəfər də minaya düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan iki ayda Avropaya nə qədər qaz ixrac edib? –

Sonrakı məqalə

Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib –