Ağdamda heyvan otaran iki nəfər minaya düşdü-Həlak oldular

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Həlak olanların 1999-cu il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənov olduğu bildirilir. Onlar heyvan otararkən minaya düşüblər.

Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Əvvəlki məqalə

Azərbaycan Ordusunda hərbi hissələrin döyüşə hazırlığı yoxlanılıb

Sonrakı məqalə

Moskvada Krım üçün keçiriləcək böyük konsert təxirə salındı