Ağdamda mərmi partlayıb, ekskavatorçu xəsarət alıb- FOTO

Ağdam rayonunun Əfətli kəndində əkin sahəsində patlayış baş verib.

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, hadisə kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.

E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.

Əvvəlki məqalə

Şimali Koreyada bir gündə 800 min nəfər könüllü olaraq orduya yazılıb

Sonrakı məqalə

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir