Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Türkiyənin Zəfər bayramı qeyd olunub. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ağdamdakı Türkiyə-Rusiya Birgə Mərkəzində 30 Avqust Zəfər bayramı və Türk Silahlı Qüvvələri günü münasibətilə bayram proqramı keçirilib.