Ağsu dolaylarında “Mercedes” aşıb, ata və oğul ölüb-YENİLƏNİB

DİN Ağsu dolayında baş verən yol qəzası barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, noyabrın 6-da saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

**

Ağsu dolaylarında qəza baş verib.

İilkin məlumatlara əsasən, hadisə nəticəsində “Mercedes” markalı avtomobil aşıb.

Nəticədə Ağsu rayonu Cəlayır kəndindən olan 1974-cü il təvəllüdlü Xangəliyev Əmir Ağaxan oğlu və 2008-ci il təvəllüdlü Xangəliyev Məsud Əmir oğlu ölüb, Ağsu rayon Padar kənd sakini 1999-cu il təvəllüdlü Həsənli Həsən Nazim oğlu ağır yaralanıb. Ölənlər ata və oğuldurlar. Faktla bağlı araşdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.